Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunun ümumtəhsil məktəblərində “Son Zəng” tədbirləri keçirilib

14 iyun 2025 | 13:10

14 iyun 2025-ci il tarixdə Göyçay rayonunun ümumtəhsil məktəblərində “Son Zəng” tədbirləri keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin, təhsil sektorunun məsul əməkdaşları, müəllimlər və valideynlər iştirak edib.

Son zəng tədbirləri respublikanın bütün məktəblərində olduğu kimi Azərbaycan Respublikasının Dövlət Himni səslənməsi ilə başlayıb.

Daha sonra ümummilli lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çxış edənlər məzunlar çox əlamətdar bir ildə “Konstitusiya və Suverenlik İli”ndə məktəbi bitirdiklərini qeyd edib və vurğulayıblar ki,  bu il böyük Zəfərin əldə edilməsində beş il, müəllifi Ümummilli lider olan milli Konstitusiyanızın qəbul edilməsindən isə otuz il keçir. Bu illər ərzində ölkəmizdə təhsil sahəsi inkişaf etmiş, Azərbaycanın gələcək qurucuları olan gənclər üçün geniş imkanlar yaradılmışdır.

Dərs ilini müvəffəqiyyətlə başa vuran məzunlara Fəxri Fərmanlar təqdim edilib.

Sonda şagirdlərin təqdimatında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, sevinc və həyəcan dolu duyğularla gözlənilən on bir illik məktəb həyatının sonuncu zəngi çalınıb.

Keçidlər
OSZAR »